Şabranın keçilməz yolları...

Şabranın keçilməz yolları...

Şabranda rayon mərkəzindəki bəzi yolların təmirinə ehtiyac var. Həmin yollar xüsusi ilə yağışlı havalarda keçilməz vəziyyətə düşür.

Görüntülər Şabrandandır. Rayon mərkəzindəki Cəlil Məmmədquluzadə, Molla Pənah, Vaqif və Fətəli xan küçələri yararsız haldadır. Yağıntılı günlərdə bu küçələrlə hərəkət etmək daha da çətinləşir. Vəziyyətdən ən çox əziyyət çəkənlər sürücülər və məktəblilərdir.

Şabran rayon İcra Nümayəndəliyi isə yaxın vaxtlarda problemin həll olunacağını bəyan edib.

Dostlarınla paylaş


Şərhlər


Top