DYP komandirindən Ramil Usubova şikayət...
Xaçmaz şəhərinin su-kanalizasiya xətlərinin yenidən qurulması layihəsi çərçivəsində "Azərsu"ASC-nin sifarişçisi olduğu işlərin həyata keçirilməsinə cəlb olunmuş şirkətin əməkdaşı Moderator.az - a şikayət ərizəsi ilə müraciət edib.Şikayətçi iddia edir ki, Bakı-Xaçmaz trasının Samir adlı komandiri necə deyərlər, onlara göz verib işıq vermir. Bildirilir ki, adıçəkilən DYP komandiri onların sərəncamında olan bütün yük maşınlarından aylıq 300 manat pul almasa əl çəkmir: «Xaçmazda dövlət əhəmmiyətli lahiyədə işləyən, hansı ki, trasda cəmi bir neçə km yol gedir, yük normada vurulur, buna baxmayaraq maşınları cərimə meydançasına qoyur, hər maşına 300 manat almasa buraxmır, əlavə cərimə yazır, bu da lahiyənin gecikməsinə səbəb olur.
Dəfələrlə rəhbərlik tərəfindən ona xəbərdarlıq edilməsinə baxmayaraq heç nəyə məhəl qoymur, bizi incitməkdə davam edir. Ona görə də məsələni DİN rəhbərliyinin, şəxsən hörmətli nazir Ramil Usubovun nəzarətə götürməsi üçün müraciətimizi mətbuat vasitəsilə ictimailəşdirmək istədik. Ümid edirik ki, "burda mənəm, Bağdadda kor xəlifə" məntiqi ilə davranan ərköyün polis zabiti haqqında zəruri ölçü götürüləcək".