Sürücülər ən çox yanacaq kəsən məntəqəni seçdilər - BİABIRÇILIQ

Sürücülər ən çox yanacaq kəsən məntəqəni seçdilər - BİABIRÇILIQ

Sürücülər ən çox yanacaq kəsən məntəqəni seçdilər - BİABIRÇILIQ

Azərbaycanda elə bir sürücü tapılmaz ki, yanacağın keyfiyyətindən, yanacaqdoldurma məntəqələrində isə yanacağın çənə fərqli, yəni az vurulmasından narazılıq etməsin. Hər yanacaqdoldurma məntəqəsində yanacaq çəninə fərqli tutumda yanacaq vururlar. Məsələn, elə yanacaqdoldurma məntəqəsi var ki, çəni yarıya kimi doldurub 300 km sürmək olur, amma eləsi də var ki, heç 250 km-i normal getmək olmur.

Cars-az bu və digər məqamları nəzərə alaraq maraqlı bir sorğu keçirib. Sorğu iki aya yaxın müddətdə davam edib. Ümumilikdə, sorğuda 4389 nəfər ihtirak edib. «Hansı yanacaqdoldurma məntəqəsində daha çox benzin kəsirlər» sualına respondentlər aşağıdakı şəkildə cavab veriblər:

Azpetrol 1440 nəfər

LUKoil 1362 nəfər

SOCAR 1021 nəfər

X-Petrol - 80 nəfər

BNQ Petrol - 34 nəfər

İST Petrol - 523 nəfər

ABU Petrol - 316 nəfər

Çiraq Petrol - 64 nəfər

OSCAR Petrol - 83 nəfər

Cars-az

Dostlarınla paylaş


Şərhlər


Top