Bəs sizin ağacların arasında gizlənmiş svetoforunuz var?

Bəs sizin ağacların arasında gizlənmiş svetoforunuz var?

Bakı şəhər İcra Hakimiyyətinin paytaxtın müxtəlif ərazilərində ağacların, müxtəlif maneaların arxasında gizlənən yol nişanları, svetoforlar və digər qurğularla bağlı tədbirlərə başlaması barədə məlumat vermişdik. Bununla bağlı Cars-az saytı yeni layihəyə start verib. Ağacların və müxtəlif maneələrin arxasında gizlənən yol nişanları, svetoforlar və digər qurğularla bağlı oxucuların göndərdiyi görüntüləri ictimaiyyətə təqdim etmək qərarına gəlmişik. Emin adlı oxucunun Cars-az-a göndərdiyi bu video «Qara Qarayev» metrostansiyası yaxınlığında - Əli Vəliyev küçəsi ilə kəsişmədə çəkilib. Bura «Qara Qarayev»dən gələn köməkçi yoldur. Burada svetofor ağacların budaqları arasında elə gizlənib ki, bunu görə bilən sürücünü «qəhrəman» adlandırmaq olar.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top