Sükan arxasında telefonla oynayan yol polisi - 010

Sükan arxasında telefonla oynayan yol polisi - 010

Tanınmış hüquqşünas, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov özünün feysbuk profilində Dövlət Yol Polisi əməkdaşının kobud davranışı ilə bağlı status paylaşıb. Сars-az-ın məlumatına görə, S.Məmmədov bildirib ki, Mətbuat prospektində yol polisi əməkdaşı qayda pozduğu üçün ona irad bildirib. DYP əməkdaşı isə ona hədə-qorxu gəlib. Sahib Məmmədovun yazdıqlarını olduğu kimi təqdim edirik: “Mətbuat prospekti ilə gələrkən bir “Tayota Land Cruiser” hərəkət qaydalarını kobud surətdə pozduğunu gördüm. Avtomobil yolun ortası ilə təxminən 15-20 km sürətlə dalğavarı hərəkət edirdi. Digər hərəkət iştirakçıları fürsət düşdükcə avtomobilin sağ və ya sol hissəsindən birtəhər keçib gedir, qalanlar isə sürəti azaldıb gözləməli olurdu. Fikirləşdim, yəqin sürücü sərxoşdur. İşıqfora çatanda birtəhər imkan tapıb onunla bərabərləşdim Gördüm ki, uniformadadır və telefonla oynayır. Qolunda “DYP” yazılıb. Pəncərəni açıb nəzakətlə soruşdum ki, niyə hərəkət iştirakçılarına mane olur. Cavab verdi ki, bir növ, sənə dəxli yoxdur. Mən dedim ki, Sizdən şikayət edəcəm. O da məni hədəldi. Yəni gözlə, gör, səni neyləyəcəm. Nömrə nişanı 90....010. Deyirəm, Ramiz Zeynalovun şəxsi türməsi filanı yoxdur görəsən”.

Fərid

Dostlarınla paylaş


Şərhlər


Top