Bakıda daha bir evakuator «şousu» - Zorla apardılar

Bakıda daha bir evakuator «şousu» - Zorla apardılar

Bakıda evakuator sürücüsü, polis əməkdaşı və sürücü arasında daha bir qalmaqal bah verib. Сars-az-a göndərilən videodan məlum olur ki, avtomobil hansısa servisin həyətindədir. Burada 99 YP 277 dövlət nömrə nişanlı Yol-Patrul Xidməti avtomobili də var. Bir qədər sonra isə avtoservisin həyətinə daxil olan evakuator həmin avtomobili götürüb aparmaq istəyir. Avtomobilin sürücüsü orada olsa da, yol polisləri sürücüyə heç nə demədən maşını aparmağa çalışırlar. Hadisənən nə səbəbdən baş verdiyi aydın olmadığı kimi, yol polisinin sürücüyə heç bir səbəb göstərmədən avtomobili evakuasiya etməyə çalışması da başadüşülən deyil. İstənilən halda, sürücü avtomobilin yanındadırsa onun bu şəkildə, yəni, zorla evakuasiya edilməsi düzgün yanaşma deyil.

Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsi bu hadisə aydınlıq gətirəcək. Hadisənin videosunu təqdim edirik:

Elmin

Dostlarınla paylaş


Şərhlər


Top