04.11.2015
Oxucu məktubları
«Oyunlar zolağı»na girmək bir dərd, girməmək başqa bir dərddir
Mayın 29-dan etibarədən Bakıda «Oyunlar zolağı»na girənlərin 40 manat cərimə edilməsi başqa fəsadlar doğurub. Mayın son günlərində Azneft meydanında üzü Bayıla və əks istiqamətdə tətbiq olunan həmin zolağa girmədikləri üçün saatlarla tıxacda qalanlar var. Cars-az-ın məlumatına görə, artıq iki gündür məhz həmin nöqtədə sıxlıq müşahidə olunur. Hər iki istiqamətdə yaranan tıxac və sıxlıq gecə saatlarına qədər davam edir.
Oxucuların Cars-az-a göndərdiyi videoda hər şey aydın görünür.
Cavid