Bahalı nömrə almaq istəyən şəxsi aldatdılar

Bahalı nömrə almaq istəyən şəxsi aldatdılar

Bakıda baş vermiş dələduzluq əməli ilə bağlı polisə müraciət daxil olub. Cars-az-ın lent.az-a istinadən məlumatına görə, 9-cu Polis Bölməsinə müraciət edən 1972-ci il təvəllüdlü Alxan Məmmədov bildirib ki, tanışı, 1983-cü il təvəllüdlü Asiman Baxışova 700 manat verib. A.Məmmədov pulu mayın 16-da Neftçilər prospekti 2 ünvanının qarşısında verdiyini, məqsədinin isə “zerkalni” avtomobil nömrəsi almaq olduğunu qeyd edib. Lakin A.Baxışov verdiyi sözə əməl etməyib və vəd etdiyi nömrəni sifarişçiyə verməyib.

Hazırda müraciət əsasında araşdırmalar aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top