04.11.2015
Oxucu məktubları
Maşın piyadanı belə vurdu – REAL VİDEO 16+
Bu gün oxucular tərəfindən Cars-az-ın elektron ünvanına piyadanın vurulması ilə nəticələnən yol qəzasının əks olunduğu videomaterial daxil olub. Videodan göründüyü kimi, yola qəflətən çıxan piyada qara rəngli «Lada» tərəfindən vurulur.
Videonu göndərən oxucu bildirir ki, hadisə dünən axşam saat 18:05-də Gəncə şəhərindəki köhnə Yevlax avtovağzalının yaxınlığında qeydə alınıb.
Yola baxmadan qaça-qaça yolu keçən piyada sürətlə gələn maşın tərəfindən vurulub. Hazırda yaralının Gəncə şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində olduğu bildirilir.
Fərid