88 nömrəli avtobusdan yol polislərinin yanında təhlükəli ŞOU
Bakıda 88 nömrəli marşrut üzrə hərəkət edən avtobus sürücüsünün özbaşınalığını əks etdirən yeni videomaterial yayılıb. Cars-az xəbər verir ki, videonu jurnalist Əzizə İsmayılova özünün facebook səhifəsində paylaşıb. Jurnalistin bildirdiyinə görə, bu gün, təxminən saat 18:30 radələrində yeni markalı, köhnə başlı sürücünün idarə etdiyi 88 saylı avtobus, mikrorayon istiqamətindən Azadlıq prospektinə keçərkən 2 halda kobud qəza şəraiti yaradıb: «Mikrorayon tərəfdən gələrkən yolun tam əks istiqamətinə çıxaraq «zapravka» yoluna keçib. Hansı ki, o yol Azadlıq-dan mikrorayona gedənlərindir. Sonra da videoda gördüyünüz mənzərə... Hələ bunlar azmış kimi, yol vermədiyimiz üçün bizə narazılıq edirdi.
Maraqlı olan isə budur ki, 4 metr yuxarıdakı svetoforun yanında xidmət aparan 4 YPX əməkdaşının heç biri bunu «görmədi» və «xəbərləri olmadı...».
Emin