04.11.2015
Oxucu məktubları
Hansı yanacaqdoldurma məntəqəsi daha çox yanacaq kəsir? - SORĞU
Cars-az Azərbaycanda yanacaqdoldurma məntəqələrindəki vəziyyətlə bağlı sorğu keçirir. Son günlər yanacaqdoldurma məntəqələrində yanacağın, xüsusən də benzinin kəsirlə satılması məsələsi yenidən gündəmə gəldiyi üçün bununla bağlı sürücülər arasında sorğu keçiririk. Bildirilir ki, bəzi YDM-lərdə 10 litr benzinin 0,5 litrdən 2 litrə qədəri kəsirlə satılır. Bu rəqəm müxtəlif məntəqələr arasında dəyişir. Daha doğrusu, kəsir məsələsində şirkətdən şirkətə fərq var.
Sorğuda Azpetrol, SOCAR, LUKoil, X-Petrol, NBC Petrol, İST Petrol, ABU Petrol, Çiraq Petrol və OSCAR Petrol yanacaqdoldurma məntəqələrinin adları qeyd olunub. Cars-az saytına daxil olmaqla sağ tərəfdəki sorğu lövhəsi ilə tanış olub səs verə bilərsiniz.
Cars-az