Bakının bu küçələrinə girmək mümkün deyil

Bakının bu küçələrinə girmək mümkün deyil

Binəqədi rayon Biləcəri qəsəbəsində iki küçəyə giriş mümkün deyil. Cars-az xəbər verir ki, sakinlərin anspress-ə verdiyi məlumata görə, buna səbəb küçələrin yağış sularının basmasıdır. Kanalizasiyalar da tutulduğuna görə su küçəyə daşır. Sakinlərin sözlərinə görə bu vəziyyət avtomobillərin hərəkətinə də mane olur və tıxaclar yaranır.

Onu da qeyd edək ki, belə hallar yağışlı havalarda bu ərazidə tez- tez baş verir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yağış sabahdan etibarən səngiyəcək.

Dostlarınla paylaş


Şərhlər


Top