04.11.2015
Oxucu məktubları
Biz görürük, amma polis görmək istəmir...
Bakıda son bir neçə gündür davam edən hal tək insanlara qarşı biganəlik yox, həm də məmurların öz işinə laqeydliyinin göstəricisidir. Cars-az milli.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində bir neçə gündür, işıqfor işləmir. Stansiya adlanan ərazidə piyadalar yol keçmək üçün həyatlarını təhlükəyə atırlar. Maraqlısı odur ki, həmin işıqforlara yaxın ərazidə yol polisi xidmət aparır, sürücüləri ən adi bir qayda pozuntusuna görə cərimələyir, amma nədənsə insanların həyatı bahasına başa gələcək problemi görmür. Çünki belə olmasaydı, bir neçə gün əvvəl elə həmin ərazidə aşmış vəziyyətdə olan yol nişanını polis görərdi, biz yox...