04.11.2015
Oxucu məktubları
Göygöldə 36 tonluq yanacaq maşını yandı
Göygöl şəhərində “Mercedes” markalı avtosisterndə yanğın baş verib. Cars-az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, "Mercedes" markalı həcmi 36 ton olan dizel daşayan avtosisternin mühərriki yanıb. Kabinə və avtosisternin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma başladılıb.
Fidan