04.11.2015
Oxucu məktubları
Bakıda avtobus sürücüsündən özbaşınalıq – Daha təəccüblənmirik
Bu video dünən axşam saatlarında Babək prospektində çəkilib. Oxucumuz Yalçın Bəxtiyarovun Cars-az-a göndərdiyi videodan məlum olur ki, 30 nömrəli marşrut avtobusu Babək prospektində yolun əksinə gedir. Həmin istiqamətdə sıxlıq olsa da, avtobus maşınlara «yara-yara» hərəkəti davam etdirir. Hansı ki, avtobusun getməli olduğu əks tərəfdə yol boşdur. Görünür, bu sürücünün beynində nəsə çox ciddi problem var. Ya da fikirləşib ki, intervalı düzgün yerinə yetirmək üçün ən yaxşı yol «protiv» getməkdir. Deyəsən, bu kütbeyin sürücüyə elə gəlir ki, qayda-qanun boş şeydir, əsas, mənzil başına tez çatmaqdır.
Fidan