17.11.2015
Oxucu məktubları
Çuxurlar, dağılmış asfalt və gölməçələr
Çuxurlar, dağılmış asfalt və gölməçələr. İt hürməz, karvan keçməz yeri xatırlatsa da bu yoldan mütəmadi avtomobil və piyada keçir. Görüntülər paytaxtın Nəsimi rayonu Alı Mustafayev küçəsindəndir. Sakinlər xüsusən payız-qış mövsümündə küçədə vəziyyətin çətin olduğunu deyirlər. Çuxurlu və gölməçəli yoldan keçən avtomobillər də tez tez nasazlanır. Bənzər vəziyyət Nəsimi rayonu Seyid Vəzir Pişəvari küçəsində də yaşanır. Sakinlər dəfələrlə aidiatı qurumlara məlumat verdiklərini və onlara maddi dəstək verməyə də hazır olduqlarını deyirlər. 33 saylı mənzil-komunal istismar sahəsinin rəisi Hər iki küçənin probleminin yaxın günlərdə həll olunacağını və yolların asfaltlanacağını bildirib.