Bakı metrosuna su axır

Bakı metrosuna su axır

"Azadlıq" metro stansiyasının yaxınlığındakı parkda torpaq çöküb. Bu haqda sakinlər anspress-ə müraciət edərək məlumat veriblər. Şikayətçilərdən birin fikrincə, buna parkdakı yaşıllıqların, ağacların sulanması səbəb ola bilər. Belə ki, torpağın çökməsi ilə bərabər parkın müəyyən yerlərinə su yığılıb. Yığılan həmin su "Azadlıq" metro stansiyasının içərisinə də axıb. Nəticədə stansiyanın divarları saralıb. Hətta çəkilən şəkillərdə "Azadlıq" metro stansiyasının tavanından axan suyun izini də açıq-aşkar görmək mümkündür.

Dostlarınla paylaş


Şərhlər


Top