Bakıda piyada keçidini su basdı

Bakıda piyada keçidini su basdı

Bakının Nəsimi rayonu ərazisində 3-cü mikrorayon bazarının qarşısındakı yeni təhvil verilmiş yeraltı piyada keçidini su basıb. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, bu haqda yeraltı piyada keçidindən istifadə edən oxucular məlumat verib. Verilən məlumata görə, yeraltı keçiddə 10 sm-ə yaxın su dolub. Maraqlısı odur ki, bu su bayırdan axıb gələn su deyil. Keçidə dolan su içəridən sızan sudur. Yəqin ki, aidiyyəti qurumlar bu barədə vaxtında ölçü götürəcək.

Dostlarınla paylaş


Şərhlər


Top