600 milyona tikilən Bakı Quba yolu yenidən qurulur – FOTOLAR

600 milyona tikilən Bakı Quba yolu yenidən qurulur – FOTOLAR

Bir neçə il öncə istifadəyə verilən Bakı-Sumqayıt-Quba yolunun bəzi yerləri tamamilə dağıdılaraq yenidən inşa edilməyə başlayıb. 30 ildən artıq istismar müddəti olan yolda ən böyük dağıntı isə yolun Qubadan Bakıya doğru olan hissəsindədir.

Artıq bir neçə həftədir ki, magistral yolun dağılan hissəsində təmir-tikinti işləri aparılır. Magistral yol boyunca ağır texnika və fəhlələrdən ibarət işçi qrupuna rast gəlmək olur. Təmir işləri xüsusilə Quba rayonun çıxacağından Bakı istiqamətinə daha çox müşahidə edilir. Sözügedən ərazidə yolun beton hissəsi tamamilə dağıdılıb və yenidən bərpa işləri həyata keçirilir.

Sözügedən ərazidən lentə alınan görüntüləri sizlərə təqdim edirik.

faktxəbər

Dostlarınla paylaş


Şərhlər


Top