04.11.2015
Oxucu məktubları
Bağlanış mərasimində sərnişindaşıma yüksək səviyyədə təşkil olunub – FOTO
Bakı-2015 I Avropa Oyunlarının bağlanış mərasimi ilə əlaqədar olaraq vətəndaşlarımızın və xarici qonaqlarımızın Bakı Olimpiya Stadionuna çatdırılması müasir kondisionerli İSUZU markalı avtobuslarla yüksək səviyyədə təşkil olunub.
Cars-az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili MMC-dən oxu.az-a verilən məlumata görə, sərnişindaşıma dünən saat 16:30 dan etibarən Bakı şəhərinin müxtəlif istiqamətlərindən X1-X6 ekspress marşrutları üzrə həyata keçirilib.
Əlavə olaraq fiziki məhdudiyyətli vətəndaşlar da xüsusi panduslu İSUZU markalı avtobuslarla tam təhlükəsiz şəkildə Bakı Olimpiya Stadionuna çatdırılıb.