Motosikletçi polisə əngəl-kələf oldu

Motosikletçi polisə əngəl-kələf oldu

Cars-az atv.az-a istinadən xəbər veririr ki, yüksək sürətlə polisdən qaçmağa çalışan şübhəli əsl kaskadyorlar kimi şəhər küçələrində fəndlər göstərib, avtomobillə dolu olan yolda qəza şəraiti yaratmaqla digər sürücülərin də həyatını təhlükəyə atıb. Bir müddət sonra isə yolun sonuna gəldiyinin fərqinə varan şəxs ticarət mərkəzinə daxil olaraq heç kimin gözləmədiyi andan motosiklet ilə eskalatordan enərək ticarət mərkəzinin digər çıxış qapısından qaçmağa müvəffəq olub.

Lakin uzun müddətlik qaçdı – qovdudan sonra çətinliklə olsa da, motosikletçini saxlamağa müvəffəq olan polislər onu nəzarətə götürüb. Qanundan qaçmaqla kifayətlənməyib insanların həyatını da təhlükəyə atan şübhəlinin azadlıqdan məhrum olunacağı gözlənilir.

Dostlarınla paylaş


Şərhlər


Top