04.11.2015
Maraqlı
Mühərrikdən fındıq anbarı çıxdı – FOTO
İngiltərənin Qlosterşir şəhərinin sakini Devid Evans aylardı ki, avtomobilinin bərbad vəziyyətdə çalışmasından şikayətlənirdi. Daha doğrusu, o, Honda Civic markalı avtomobilinin mühərrikinin pis işlədiyini deyirdi. Cars-az xarici mətubata istinadən bildirir ki, Devid nə qədər cəhd göstərsə də, avtomobili 40 km/saat sürətdən artıq nəticə göstərə bilmirdi. Naçar qalan və səbr kasası daşan Evans avtomobilini usta yanına aparanda heyrətlənib. Sən demə, onun avtomobilinin mühərrikində dələ yuva salıbmış və boruları da fındıqla doldurubmuş. Evans dələnin "qara gün ehtiyatı"nı götürəndən sonra mühərik normal işləməyə başlayıb.