04.11.2015
Maraqlı
Körpüdən zibil atan iki nəfərə - 7 il həbs
Almaniyada körpüdən aşağıya zibil atan iki nəfər cəzalandırılıb. “Qafqazinfo”nun məlumatına görə, Münster-Osnabrück yolunda körpüdən aşağıya zibil atan iki nəfər barədə davam edən məhkəmə işi yekunlaşıb. Məhkəmə iki nəfərə 7 il həbs cəzası verib.
Qeyd edək ki, daha əvvəl bir nəfər Oldenburg bölgəsində körpüdən aşağıya zibil atmış, hadisə zamanı 33 yaşlı qadın dünyasını dəyişmişdi. Həmin şəxsə ömürlük həbs cəzası verilmişdi.