Maşında sevişmək, cins geyinmək …

Maşında sevişmək, cins geyinmək …

Dünyanın müxtəlif ölkələrində qəribə qadağalar tətbiq edilir. Cars-az “qafqazinfo”ya istinadən həmin qadağalardan bəzilərini təqdim edir:

- Sinqapurda saqqız çeynəmənin cəzası 1992-ci ildən bəri həbsdir. Bunun tək istisnası nikotin saqqızlarıdır. Siqaret çəkən kişilər bu saqqızları həkim resepti ilə aptekdən ala bilər.

- Səudiyyə Ərəbistanda qadınların avtomobil sürməsi qadağandır.

- ABŞ-ın Kentucky əyalətində eyni kişi ilə 4 dəfə evlənib boşanmaq qadağandır.

- Danimarkada bir restoranda yemək yediyinizdə tam olaraq doymayınca hesab ödəmək məcburiyyətində deyilsiniz.

- Taylandda insanların alt paltarı geyinmədən evdən çıxması qadağandır.

- İsveçrədə bazar günləri paltar asmaq qadağandır.

- Yaponiyada kök olmaq qadağandır. Bir çox yapon da bu qadağaya riayət edir.

- İtaliyada göyərçin yemləmək qadağandır. Qadağa ölkənin bəzi şəhərlərinə tətbiq olunur. Bu qanunun sərt şəkildə tətbiq olunduğu yer Venesiyadır. Bu qaydanı pozan şəxs 50-600 dollar arasında cərimələnir.

- İsveçrədə saat 22.00-dan sonra tualetin sifonunu çəkmək qadağandır.

- Türkmənistanda, paytaxtda foto çəkmək, qızıl diş taxdırmaq, evlilik öncəsi cinsi əlaqədə olmaq, opera və balet qadağandır.

- Şimali Koreyada cins geyinmək qadağandır.

- ABŞ-da Miçiqanda arabada sevişmək qadağandır. Ayrıca qadının saçı da qanunla ərinə aid sayılır.

Dostlarınla paylaş


Şərhlər


Top