Ən uzun şüşə yol

Ən uzun şüşə yol

Çindəki Çunsin vilayətində dünyanın ən uzun və ən qorxulu şüşə yolunun inşası başa çatıb. Uçurum kənarında, 716.28 m yüksəklikdəki bu yol at nalı formasındadır.

Cars-az xəbər verir ki, qayanın zirvəsindəki "Yuanduan" otelinin kənarındakı bu nalvari yolun Çin dilində tərcüməsi "buludların arasında"dır. Nal formasındakı yol eyni vaxtda 200 nəfərin ağırlığına hesablanıb. "Yuanduan" Çinin cənub-qərbindəki Lunqan Milli Geologiya Parkının ərazisindədir. Körpüdə duraraq aşağı baxmaq istəyən turist 60 yuan və ya 9,6 dollar ödəməlidir. İnşasına 2014-cü ilin martında başlanmış yolun tikintisi 5,6 milyon dollara başa gəlib.

Dostlarınla paylaş


Şərhlər


Top