04.11.2015
Maraqlı
Çəlləyin üstündə 2 km yol getdi
Cars-az xəbər verir ki, Çəllək üstündə 2 kilometr yol qət etdi. Eşidən və görənlərin təəccübünə səbəb olan hadisə Türkiyənin Batman şəhərində baş verib.
Hüseyn Tunç adlı şəhər sakini hər şeyin kiçik zarafatdan sonra başladığını bildirib. Dostları ilə mərcə girən şəxs çəlləyin üzərində avtomobil yolunda hərəkət edərəm deyib və sözünün üstündə dayanıb. Çəlləyin üzərinə çıxan Hüseyn avtomobillərin intensiv şütüdüyü yolda 2 kilometr yol qət edib. Hətta bir neçə dəfə qəza şəraiti də yaradıb. Lakin bütün çətinliklərə baxmayaraq, o 2 kilometr məsafəni sağ-salamat qət edərək mərcdə qalib gəlməyi bacarıb.