04.11.2015
Maraqlı
Ekskavator bahalı maşınları əzib özünə yol açdı
Çində qəribə olay yaşanıb. Cars-az-ın məlumatına görə, tikinti şirkətinin ərazisində işləyən ekskavator onun yolunu kəsən maşınları əzərək özünə yol açıb. Bu işdə tikinti şirkətinin nümayəndəsi də ekskavator sürücüsünə köməklik göstərib. Ətrafdakı insanlar isə bu mənzərəni sadəcə, maraqlı izləməli olublar. Ekskavator sürücüsü bahalı avtomobili koğuşla əzərək yoldan kənarlaşdırıb və rahat hərəkət edə bilib.
Həmin videonu təqdim edirik.
Fidan