Sürücü yol pulunu istədi, sərnişin üzünə tüpürdü

Sürücü yol pulunu istədi, sərnişin üzünə tüpürdü

Sürücü yol pulunu istədi, sərnişin üzünə tüpürdü

Avstraliyada avtobus sürücüsünün başına qeyri-adi hadisə gəlib. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, sərnişin avtobusunun sürücüsü müştərilərdən - qadın və onun qızından ödəniş istəyəndə onların qəzəbinə tuş gəlib. Adamın pul istəməsindən hiddətlənən qadın onunla mübahisə edib. Qızı ilə birlikdə sürücüyə hücum çəkən qadınla kişi arasında əlbəyaxa döyüşə qızı da qoşulub. Sürücü də onlardan geri qalmayıb; qadının saçından, yaxasından yapışıb, onu vurub. Əvvəlcə qız, sonra isə anası sürücünün üzünə tüpürüb və avtobusdan düşüblər.

Sərnişin avtobusunun təhlükəsizlik kamerası isə həmin görüntüləri anbaan çəkib. Tezliklə video internetdə paylaşılıb. Həmin videonu oxuculara təqdim edirik.

Dostlarınla paylaş


Şərhlər


Top