17.11.2015
Maraqlı
Bakıda maraqlı sevgi etirafı
Bakıda daha bir maraqlı sevgi etirafı qeydə alınıb. Belə ki, Zərifə Əliyeva küçəsində, "Yeni həyat" biznes mərkəzinin qarşısında yolun ortasına adətən gördüklərimizdən fərqli olaraq çox iri hərflərlə "Səni sevirəm" sözləri yazılıb, ürək simvolu çəkilib. Cars-az virtualaz.org-a istinadən bildirir ki, yolun bir az kənarında isə nisbətən kiçik hərflərlə "Nigar" sözünün yazıldığı gözə dəyir.
Qeyd edək ki, bundan əvvəl də şəhərdə maraqlı sevgi etirafları və evlənmə təklifləri olub. Belə ki, ötən ay sevdiyi qızın evinə kranla 9-cu mərtəbəyə qalxan gənc orada ona evlənmə təklif etmişdi.