13.11.2015
Maraqlı
Avtomobili ilə dünyanı heyran etdi
Böyük Britaniyada bir gənc öz avtomobil idarəetmə bacarığı ilə bütün dünyanın diqqətini çəkib. Cars-az atv.az-a istinadən xəbər verir ki, dünyanın ən güclü sürücülərindən biri kimi qiymətləndirilən Alisteyr Mofet avtomobili arxaya doğru sürətlə hərəkət etdirdikdən sonra, onu fırladaraq bir-birinə yaxın məsafədə dayanmış iki maşının arasında saxlamağa müvəffəq olub. Müqayisə üçün bildirək ki, dayanan avtomobillər arasındakı məsafə Mofetin idarə etdiyi maşının uzunluğundan cəmi 34 santimetr çox olub. Bu qədər qısa fərqə baxmayaraq, Mofet qəza törətmədən dünya rekordu vura bilib.