19.01.2016
Gündəm
Ziya Məmmədova sualınız var?
Nəqliyyat naziri Ziya Məmmədov 22 yanvarda Zərdab şəhərində Kürdəmir, Hacıqabul və Zərdab rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Сars-az xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 21 yanvar 2016-cı il tarixində saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:
• Zərdab şəhəri, Ramiz Kərimov küçəsi-46 ünvanında yerləşən inzibati binada;
• Kürdəmir şəhər avtovağzalının inzibati binasında;
• Hacıqabul şəhər avtovağzalının inzibati binasında.
Emin