"Mən taksi kimi getmişəm, heç nədən xəbərim olmayıb"

"Mən taksi kimi getmişəm, heç nədən xəbərim olmayıb"

"Mən taksi kimi getmişəm, heç nədən xəbərim olmayıb"

Paytaxtda oğurluqda şübhəli bilinən şəxslər tutulub. Сars-az regiontv-yə istinadən xəbər verir ki, Bakı şəhər sakinləri, 22 yaşlı Tamerlan Məmmədov, 20 yaşlı Zöhrab Məmmədov və Beyləqan rayon sakini 23 yaşlı Qarakişi Əliyev saxlanılıblar. Müəyyən edilib ki, onlar yanvarın 10-na keçən gecə, 33 nömrəli poçtun pəncərəsinin dəmir barmaqlığını sındırıblar və oradan içərisində 110 manat, 200 ABŞ dolları və poçt markaları olan seyf oğurlayıblar.

Bundan əlavə 3 saylı poçtun 123 saylı filialından müxtəlif regionlardan gəlmiş, vətəndaşlara məxsus 100 ədəd bağlama oğurlayıblar.

Yanvarın 15-nə keçən gecə, Aşıq Ələsgər küçəsində Müşfiq Hüseynova məxsus mağazadan isə qapını sındırmaqla 800 manat və 10.500 manat dəyərində tütün məmulatları aparıblar.

Saxlanılan şəxs: "İki nəfər olmuşuq. Birinci poçtdan, seyfdən 200 dollar götürdük, o biri poçtdan heç nə çıxmadı. Marketdən də 25 blok siqaret aparmışıq".

Saxlanılan şəxs: "Hara gediblər, nə ediblər, xəbərim olmayıb. Mən yanlarında taksi kimi getmişəm. Mənə 40 manata pul veriblər.

Faktla bağlı cinayət işi başlanıb.

Dostlarınla paylaş


Şərhlər


Top