17.11.2015
Gündəm
Yükdaşıma qiymətləri dəyişdi
2015-ci ilin oktyabr ayında boru kəməri nəqliyyatı ilə neftin nəql olunması qiyməti 8,5 faiz ucuzlaşmış, qazın nəql olunması qiyməti isə 0,1 faiz bahalaşmışdır.
Cars-az xəbər verir ki, bu barədə Statistika komitəsindən verilən məlumata görə, dəmir yolu nəqliyyatı üzrə yükdaşıma qiymətləri 0,1 faiz bahalaşmış, dəniz, hava və avtomobil nəqliyyatı sahələrində yükdaşıma qiymətlərində dəyişiklik müşahidə olunmamışdır.
Ümumilikdə nəqliyyat sektorunda yükdaşıma qiymətləri əvvəlki ayla müqayisədə 2,6 faiz ucuzlaşmışdır.