17.11.2015
Gündəm
“Sürücü ən ağır şəkildə cəzalandırılacaq” - “BakuBus” MMC
Cars-az xəbər verir ki, bu barədə noyabrın 16-da Bakının Salyan şossesi 20-ci sahə dairəsi yaxınlığında divara çırpılan «BakuBus» MMC-yə məxsus 6 saylı marşrut üzrə hərəkət edən avtobus barəsində, “Bakubus” MMC – nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova atv.az – a məlumat verib.
Mətbuat xidməti rəhbərinin sözlərinə görə, qəza sürücü səhlənkarlığı ucbatından baş verib: “Sössüz ki, hadisə xətasız ötüşməyib. Amma nə sərnişinlər, nə də ki sürücü xəsarət almayıb. Bizdə olan məlumata görə, heç bir yaralıdan söhbət gedə bilməz. Sürücünün isə izzahatı alınıb, ən ağır şəkildə cəzalandırılacaq”.