04.11.2015
Gündəm
Yevlaxda ağır qəza: xəsarət alan var
Yevlaxda ağır yol qəzası baş verib. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş xəbərə əsasən, Yevlax rayonu, Quşçu kəndi ərazisində “Toyota” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış “Mercedes” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Fərid