04.11.2015
Gündəm
Prezident BTR sürdü
Ukrayna prezidenti Pyotr Poroşenko BTR-in prototipi "Dozor-B” zirehli maşını testdən keçirib. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, bu haqda dövlət başçısının rəsmi saytı bildirib. Yeni hərbi maşınlar Lvovda "Ukroboronprom" konserni tərəfindən istehsal edilib. O silahlı qüvvələrin şəxsi heyətini və yüklərin daşınması üçün nəzərdə tutulub. Həmçinin maşında müxtəlif silahlandırılma və hərbi avadanlıqlar var. Bu halda baza modeli müxtəlif komplektasiyalarda buraxıla bilər: zirehli avtomobil, zirehli transpartyor, kəşfiyyat-gözətçi maşını, desant maşını, özüyeriyən tank əlehinə-raket kompleksi, alovlu dəstəyin maşını, tibbi və polis avtomobili, həmçinin ümumi təyinatın və komandir avtomobilinin maşını.