Kürdəmirdə yük maşını piyadanın üstündən keçdi  

Kürdəmirdə yük maşını piyadanın üstündən keçdi  

Kürdəmirdə yük maşını piyadanın üstündən keçdi  

Kürdəmirdə yük maşını piyadanın üstündən keçib. Cars-az APA TV-yə istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında rayonun Cəyli kəndində qeydə alınıb. Yaxınlıqda qoyun otaran kənd sakini, 45 yaşlı Arif Ağarəziyev yolu keçmək istəyərkən Kürdəmir rayon sakini İldırım Hüseynovun idarə etdiyi “Shacman” markalı yük maşını tərəfindən vurulub. Nəticədə çobanın sağ ayağı “Shacman”ın təkəri altında qaldığından güclü zədə alıb. Arif Ağarəziyev Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top