Yağış yağacaq, duman olacaq

Yağış yağacaq, duman olacaq

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Cars-az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində yağış yağacağı, zəif duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 778 mm civə sütunundan 769 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Dostlarınla paylaş


Şərhlər


Top