10.12.2015
Gündəm
AZAL-dan Bakı-Moskva reysinə yeni tarif
"Azərbaycan Hava Yolları" (AZAL) "Domodedovo" aeropotuna eniş olmaqla Bakı-Moskva reysi üçün yeni Promo tarif təklif edir.
Bu gün üçün hər iki istiqamətə (gediş və gəliş üçün) biletin qiyməti təxminən 320 manat təşkil edir. Cars-az xəbər verir ki, bu barədə AZAL-dan trend-ə verilən məlumata görə, bu tarifdə aviabiletə baqaj daxil deyil. Sərnişin əlavə 25 avro ödəməklə baqaj (23 kq baqaj) apara bilər. AZAL-dan bildiriblər ki, bu tarif baqajsız səyahət edənlər üçün sərfəli olacaq.
Uçuşlar Airbus A320 təyyarələri ilə həyata keçirilir. Promo tarifi AZAL Miles bonus proqramına şamil edilmir.