Xınalıq yolu 5 gündür bağlıdır

Xınalıq yolu 5 gündür bağlıdır

Bir neçə gün əvvəl yağan güclü qarın fəsadları Qubada hələ də davam edir. Qar rayondakı bütün yollarda, o cümlədən Quba-Xınalıq yolunda ciddi problemlər yaradıb. 5 gündür Xınalığa gedən yol bağlıdır. Hazırda həmin istiqamətdə texnikalar işləsə də, qar uçqunları səbəbindən yolu təmizləmək mümkün olmayıb. Güclü qar Quba avtovaqzalının da işində çətinlik yaradıb. 30-dan artıq kəndlə, eləcə də Xudat şəhəri ilə marşurut əlaqəsi kəsilib. Quba Hidrometrologiya Müəssisəsindən verilən məlumata görə, ən çox qar Xınalıq və Ləzə kəndlərinə yağıb. Bu kəndlərdə qarın qalınlığı 70 sm olub.

Dostlarınla paylaş


Şərhlər


Top