05.01.2016
Gündəm
Avtobus sürücüsü sərnişinə pulu yeni manatla ödədi – FOTO
Sumqayıtda avtobus sürücüsü sərnişinə 5 və 1 manatlıq əskinasların hissələrinin yapışdırılmış formasında olan "pul" verib. Cars-az milli.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 3-də baş verib. Yeni "manat"ı Sumqayıtda marşrut avtobusunun sürücüsü gediş haqqını ödəmiş sərnişinə qalığı qaytararkən digər pulların arasında sırıyıb. Sərnişin isə sürücünün bu fırıldağından avtobusdan enəndən bir müddət sonra xəbər tutub...