Xəzərdə SOCAR-ın Nəqliyyat İdarəsi əməkdaşının meyiti tapıldı

Xəzərdə SOCAR-ın Nəqliyyat İdarəsi əməkdaşının meyiti tapıldı

Xəzərdə SOCAR-ın Nəqliyyat İdarəsi əməkdaşının meyiti tapıldı

Febralın 21-də Xəzər dənizinin Neftçala ərazisində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub. SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, ekspertlərin rəyinə əsasən, cəsəd SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı Xudaverdiyev Cavad Xudaverdi oğlunundur. O, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir.

Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ""Günəşli"" yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

Emin

Dostlarınla paylaş


Şərhlər


Top