29.03.2016
Gündəm
Velosiped sürən 4 yaşlı qızın başını kəsdi - Anasının gözü önündə
Silahlı şəxs mətbəx bıçağı ilə silahlanaraq 4 yaşlı uşağın başını anasını yanında kəsib. Cebhe.info xəbər verir ki, hadisə Tayvanda baş verib. Hadisə baş verən zaman uşaq anasının yanında olub və velosiped sürüb. 33 yaşlı kişi qıza yaxnlaşıb və gözlənilmədən onu bıçaqla vurub. Polisin məlumatına görə, uşağın anası ona müdaxilə etməyə cəhd etsə də, buna nail olmayıb. Polis şəxsi həbs edib. İlkin məlumatlara görə, o, uşaqla heç bir tanışlığının omadığını deyib. Şəxsin qohumları isə onun narkotik aludəçisu olduğunu bildirib.