Bakıda avtomobilləri nömrəsiz sürürlər – FOTO+VİDEO

Bakıda avtomobilləri nömrəsiz sürürlər – FOTO+VİDEO

Bakıda avtomobilləri nömrəsiz sürürlər – FOTO+VİDEO

- Sumqayıtda kafe açıram, mənə təcili maşın lazımdır. Amma “prava”m yoxdur, qalmışam belə...

- “Oka” al.

- “Oka”nı vəsiqəsiz sürmək olur ki?

- Əlbəttə, camaat nömrəsiz sürür. Əlil maşınını polis saxlamır, nə istəyirsən elə. O gün biri nömrəsiz maşının arxa şüşəsinə tank şəkli vurub postun qabağından 100-lə keçdi. Heç saxlayıb “gözün üstə qaşın var” deyən olmadı...

Сars-az Virtualaz.org-a istinadən xəbər verir ki, dialoqu bəzəksiz-düzəksiz, elə bu cür Bakı-Sumqayıt avtobusunda eşitdim. Qarşımda əyləşən yekəpər “day-day”ın “Oka”ya yerləşib-yerləşməyəcəyi fikrimi necə qarışdırdısa, az qala əsas məsələni yadımdan çıxaracaqdım. Son vaxtlar “Oka” və “Lifan” markalı avtomobilləri nömrəsiz sürənləri yəqin ki, paytaxt küçələrində görməyən yoxdur. Əslində, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ, 20 Yanvar və Çernobıl əlillərinə paylanan bu avtomobili idarə edənlərin, yumşaq desək, ölkəmizin ən ali qanununa – Konstitusiyaya hörmətsizliyidir. Əlbəttə, bütün müharibə əlillərinə bunu şamil etmək olmaz. Həm də, dialoqdan da belə görünür ki, heç də nömrəsiz avtomobil idarə edənlərin hamısı avtomobili şəxsən alanlar deyil. Nömrəni açaraq maşın sürmək və ya ümumiyyətlə, onu qeydiyyata almamaq hansı təfəkkürdən xəbər verir? Nömrəsiz avtomobillə qəza törədib adam öldürərsə, həmin şəxsi polis necə tapacaq, harada axtaracaq? Uzaqdan avtomobilin sol küncündəki kiçik sığorta nişanının köhnəldiyini görən yol polisi bu boyda nömrəsiz avtomobili necə görə bilmir?

Dostlarınla paylaş


Şərhlər


Top