04.11.2015
Gündəm
Türkiyə Təbriz-Bazarqan yolunun tikintisində iştirak edəcək
İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz, Mərənd şəhərləri və oradan Qərbi Azərbaycan əyalətinin sərhəddə yerləşən Bazarqan şəhərini birləşdirəcək Təbriz-Bazarqan avtomobil yolunun tikintisində Türkiyə də iştirak edəcək.
Cars-az xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.
Yolun tikintisi 2016-cı ilin yanvarından başlayacaq. Təbriz-Bazarqan yolunun uzunluğu 253 km-dir. Tikintinin 65 %-ni Türkiyə, 35%-ni isə İran maliyyələşdirəcək. Məlumata əsasən, bu yolun idarə edilməsi hüququ 18 il Türkiyə firmasında olacaq.
Qeyd edək ki, Bazarqan keçid məntəqəsi Türkiyənin Gurbulaq sərhəd-keçid məntəqəsi ilə qonşudur.