Avropa oyunlarından sonra Bakı metrosunda DƏYİŞİKLİK
Avropa Oyunları ilə əlaqədar bu günə qədər metro gücləndirilmiş iş rejimində çalışırdı. Ancaq yaxın günlərdə metro yay rejiminə keçəcək.
Cars-az xəbər verir ki, bu sözləri milli.az-a "Bakı Metropoliteni" ASC-nin mətbuat katibi Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, təxminən iyulun 10-dan etibarən metronun qrafiki dəyişəcək. Hazırda qatarlar arasındakı interval 2 dəqiqədirsə, yay rejiminə keçdikdən sonra interval 2.5 dəqiqə olacaq. İstirahət günlərində isə qatarlar arasında interval 3 dəqiqəyə qalxacaq.
Yay rejiminə keçdikdən sonra "28 may" - "Dərnəgül" xətti üzrə işləyən qatarların intervalı 5 dəqiqə təşkil edəcək.
"28 may" stansiyasından "Dərnəgül" və "İçərişəhər"ə gedən qatarlar keçəcək. Ona görə də interval 2.5 dəqiqə olacaq. "28 may" - "Dərnəgül" xəttində isə bu interval 5 dəqiqə təşkil edəcək", - o əlavə edib.