Baş prokurorun avtomobilinə hücum

Baş prokurorun avtomobilinə hücum

Misirin paytaxtı Qahirədə partlayış baş verib. Terror aktının hədəfi Misirin Baş prokurorunun olduğu avtomobil karvanı olub. Baş prokuror hücumdan sağ-salamat xilas olub, lakin onun iki cangüdəni və bir mülki şəxs yaralanıb. Hücum Qahirədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi vaxta təsadüf edib. Belə ki, Misirin keçmiş prezidenti Məhəmməd Mursinin devrilməsi məqsədilə kütləvi nümayişlərin başlamasının 2-ci ildönümü münasibətilə paytaxtda təhlükəsizlik gücləndirilib.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top