Tranzitlə gələn avtonəqliyyatın icbari sığortası azalıb - CƏDVƏL

Tranzitlə gələn avtonəqliyyatın icbari sığortası azalıb - CƏDVƏL

Tranzitlə gələn avtonəqliyyatın icbari sığortası azalıb - CƏDVƏL

Ötən il ərzində Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə rəsmiləşdirilmiş sığorta müqavilələrinin 167 596-sı xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Cars-az İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, bu sığorta müqavilələri üzrə toplanan sığorta haqlarının ümumi həcmi 4,6 mln. manat təşkil edib. Nəticədə, 2014-cü il ilə müqayisədə sərhəd müqavilələrinin sayında 9,4%, sığorta haqlarının məbləğində isə 8,9% azalma müşahidə olunub.

Sərhəd müqavilələrinin 145 402-i ədədi "Yaşıl Kart" sisteminə üzv olan ölkələrdə qeydiyyatdan keçmiş və Azərbaycan ərazisinə tranzit məqsədilə daxil olan nəqliyyat vasitəsi ilə bağlı olub.

http://report.az/storage/news/11a120827ecc419fd39acebe4abc85a5/f0d70697-e20c-4960-857a-1266da2940cb.jpg

Dostlarınla paylaş


Şərhlər


Top