Bakıda maşınla qadını vurub qaçdılar

Bakıda maşınla qadını vurub qaçdılar

Bakıda qadının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Cars-az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 6-da saat 11 radələrində Səbail rayonunda müəyyən edilməmiş avtomobillə yolu keçən Masallı rayon sakini Mirvari Mikayılova vurulub. M.Mikayılovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top