08.02.2016
Gündəm
Traktor fəhləni öldürdü
Nardaran qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Сars-az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 7-də Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində aparılan təmir-tikinti işləri zamanı Şərur rayon sakini Pərviz Əliyev “CSB” markalı traktorla manevr edərkən traktorun kovşu orada fəhlə işləyən Bakı şəhər sakini Araz Hümbətova dəyib. A.Hümbətov xəstəxanaya yerləşdirilib və orada ölüb. Araşdırma aparılır.
Nurlan